İlham Əliyevdən ukraynalılara məsləhət: İŞĞALLA BARIŞMAYIN!
VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalılara heç vaxt işğalla barışmamağı məsləhət görüb.

 

Senzor.az-ın məlumatına görə, bunu İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə ukraynalı jurnalist Dmitri Qordonun Azərbaycan Liderinin müharibə şəraitində olan Ukrayna xalqına nə məsləhət görə biləcəyi ilə bağlı sualını cavablandırarkən bildirib.

 

Prezident deyib: “Bu, bizim də etdiyimiz addım olub. Danışıqlar prosesi dövründə - mən 2003-cü ilin sonundan bu prosesin içində olmuşam - 17 il ərzində çoxsaylı təkliflər və görüşlər baş tutub. Bizə reallıqlarla barışmalı olduğumuz barədə saysız-hesabsız mesajlar verilib. Mən “yox” dedikdə bu güclü dövlətlərə qarşı çağırış kimi qəbul olunurdu. Beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin çıxarılmasını tələb edən dörd qətnaməsi barədə bütün fikirlərimiz – yuxarıdan aşağı reallığı qəbul etmək kimi fikirlə üzləşirdi. Sonra biz qərara aldıq ki, biz yeni reallıqlar yaradacağıq və siz onlarla barışacaqsınız. Elə də oldu".

 

Dövlət başçısı əlavə edib ki, Azərbaycan 2020-ci ildə 44 gün ərzində, sonra isə 2023-cü ilin sentyabrında bir gün ərzində yeni reallıqlar yaratmağa başladı: "Onlar da bu reallıqlarla barışmağa məcbur oldular. Ona görə də, artıq deyilənlərə qayıdaraq, mən heç vaxt təslim olmamağı və ərazi bütövlüyünün pozulması ilə barışmamağı məsləhət görərdim".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.