İŞİD talibləri pusquya saldı və... -
17 NƏFƏRİ ÖLDÜRDÜ

İŞİD terrorçuları Əfqanıstanın Pakistanla həmsərhəd olan Zabul əyalətində “Taliban”ın 17-dən çox üzvünü öldürüblər.
 

Bu barədə “Kabul News” telekanalı məlumat yayıb.
 
Qeyd olunub ki, İŞİD yaraqlıları talibləri pusquya salıb. Qarşıdurma zamanı onlar üç silahlısını itirib.
 
Azvision.az xatırladır ki, Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” İŞİD əleyhinə əməliyyata başladığını elan edib. Terrorçularla mübarizə Nanqarharda başlayıb. Son vaxtlar bu əyalətdə "Taliban"la rəqabət aparan yaraqlıların fəallığı artıb. Məsələn, İŞİD üzvləri bir neçə dəfə Cəlalabadda taliblərin maşınlarını partlatmağa çalışıblar. Bundan əlavə, avqustun sonunda Kabil hava limanında bir sıra terror aktları təşkil ediblər.
 
"Taliban" liderləri dəfələrlə Əfqanıstanda İŞİD-in mövcudluğuna icazə verməyəcəklərini vurğulayıblar. Daha əvvəl isə Cəlalabadda terrorçularla əlaqəsi olan təxminən 40 nəfər saxlanılıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.