Bu gün Azərbaycan ərazisində Ermənistan ordusuna məxsus daha bir hərbçinin qalıqları aşkarlanıb.
Senzor.az erməni mediasına istinadən bildirir ki, xilasetmə qrupu tərəfindən Füzuli bölgəsində aparılan axtarışlar zamanı tapılan cəsədin qalıqları, kimə məxsus olduğunu dəqiqləşdirmək üçün, məhkəmə-tibb ekspertizasına göndərilib.
Xatırladaq ki, müharibədən sonra Azərbaycan ərazilərində aparılan axtarışlar nəticəsində ümumilikdə 1678 erməni hərbçisinin cəsədi tapılıb.