Əfqanıstanın Çarikar şəhərində ard-arda bir neçə güclü partlayış baş verib.
Məlumatı yerli “Afghanistan International” telekanalı yayıb.
Məlumata əsasən, Kabil şəhərindən təqribən 70 km məsafədə yerləşən şəhərdə günün ikinci yarısına doğru partlayışlar baş verib. Partlayışlardan sonra atışma başlayıb.
Əfqanıstanda hakimiyyəti ələ keçirən radikal “Taliban” hərəkatı hələ insidentlə bağlı açıqlama verməyib.
Mənbələrin telekanala verdiyi məlumata görə, atışma “Taliban” yaraqlıları və Milli Müqavimət Cəbhəsinin döyüşçüləri arasında gedə bilər.