Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada görüşəcəklər.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Onun sözlərinə görə, hər iki nazir Antalya Diplomatiya Forumunda iştirakını təsdiqləyib. M.Çavuşoğlu deyib ki, görüş martın 10-da Antalyada Türkiyənin iştirakı ilə üçtərəfli formatda keçiriləcək.
Əvvəllər də dediyimiz kimi, belə bir görüş gözlənilən idi. Və əslində üçtərəfli formatda müzakirə hər üç tərəfin maraqlarına uyğundur. Ukrayna şəhərləri, o cümlədən paytaxt Kiyev dağılır. Əhali təlaş, narahatlıq içindədir. Rəsmilər nikbin bəyanatlar versələr də, durum heç də ürəkaçan deyil. Təsadüfi deyil ki, Prezident Vladimir Zelenski danışıqlara hazır olduğunu dəfələrlə deyib. Rusiyanın da işi asan deyil. Kremlin beynəlxalq aləmdəki nüfuzu getdikcə azalır. Həmçinin Qərb dövlətlərinin tətbiq etdiyi sanksiyalar ölkə iqtisadiyyatına ciddi zərbə vurur. Xalq da müharibədən narazıdır. Aksiyalar keçirilir. Bu isə o deməkdir ki, iqtidar üçün az da olsa təhlükə var. Və bu təhdid tədricən artmaqdadır. Deməli həm Kiyev, həm də Moskva danışıqlar masasına əyləşməkdə maraqlıdır.
Türkiyə isə hələ müharibə başlamazdan əvvəl dəfələrlə vasitəçiliyini təklif etmiş, tərəfləri danışıqlara dəvət etmişdi. Amma bu, olmamışdı. Ankara indi də proseslərin fəal iştirakçısıdır. Çünki Prezident Rəcəb Tayyib Ərdoğan yaxşı ki, üçündü dünya müharibəsinə çevrilə biləcək bu hərbi əməliyyatları dayandırsa təkcə xalqının deyil, planetin qəhrəmanı olacaq. Bu isə onun növbəti prezident seçkilərində qalib gəlməsi üçün ciddi divident rolunu oynayacaq. Şübhəsiz, Ankara həm də regional əməkdaşlıq baxımından savaşın uzanmamasını istəyir. Müharibə davam etsə, Türkiyə tərəf seçmək məcburiyyətində qala bilər ki, bu da Ərdoğan üçün arzuolunan deyil.
Çox güman, sabahkı görüş konstruktiv keçəcək. Çavuşoğlu tərəflər arasında razılığın əldə olunmasına çalışacaq. Türkiyəli nazir hər iki həmkarının maraqlarının təmin olunmasına səy göstərəcək. Onun çətin olsa da, bunu bacaracağına inanmaq olar. Çünki dediyimiz kimi, sülh hər iki tərəf üçün artıq zərurətə çevrilib. Və Türkiyə həm Rusiya, həm də Ukrayna ilə "dil tapa bilən" nadir ölkələrdəndir.
Daha bir vacib məqam isə odur ki, Putin də, Zelenski də Ərdoğana asan- asan "yox" deməzlər. Onların Türkiyə liderinin mövqeyindən imtina etmələrindən ötrü çox ciddi səbəb olmalıdır.
Bu mənada sabahkı görüş, yəqin ki, gərgin və uğurlu keçəcək. Tərəflər şifahi olsa da, müəyyən razılığa gələ bilərlər. Əvvəllər də dediyimiz kimi, bu konsesus Ukraynanın NATO-ya üzvlükdən imtina etməsi qarşılığında Rusiya qoşunlarının ölkədən çıxarılması kontekstində ola bilər. Çox güman, görüşdən sonra Ukraynada durum stabilləşəcək. Rusiya ordusu müvəqqəti olsa da, geri çəkiləcək, əməliyyatları dayandıracaq.
Beləliklə, ayrı- ayrı Qərb liderlərinin bacarmadığını Türkiyə bacaracaq. Beləliklə, Ərdoğan mahir diplomat adını bir daha tarixə yazacaq. Zelenski xalqının qəhrəmanı kimi yaddaşlarda qalacaq. Rusiya hakim dairəsində, xüsusilə hərbi elitasında islahatlar gözlənilir. Çünki müharibə dayansa, Kreml uğursuzluqla üzləşəcək. Savaşdan qazandığı nəsə olmayacaq. Əksinə, Moskva iqtisadi baxımdan artıq itirib.
Kənan Novruzov,
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti