Ağdama qatar biletləri bu gündən satışa çıxarılıb.
Senzor.az bildirir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Qeyd olunub ki, ADY 30 avqustdan etibarən Ağdama ilk dəfə müasir qatarlarla müntəzəm reyslərə start verir.
Qatar hər şənbə günü Bakıdan Ağdama və Ağdamdan Bakıya yola düşəcək.