Vaşinqtonda işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev artıq Ağ Evdədir.
Senzor.az bildirir ki, onu Ağ Evdə ABŞ lideri Donald Tramp qarşılayıb.
ABŞ və Azərbaycan bayraqları önündə dayanan liderlər səmimi şəkildə salamlaşıblar. Tramp İlham Əliyevlə görüşdə isti əl sıxaraq media nümayəndələri qarşısında qısa müddətli səmimi söhbət aparıb.
Görüş iki liderin bağlı qapılar arxasında ikitərəfli müzakirələrlə davam edib.