Almaniya Prezidentinin Bakıya gəlişi öncəsi...
QALMAQAL

Xəbər verdiyimiz kimi, Almaniya Federativ Respublikasının Prezidenti Frank Valter-Ştaynmayerin Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı paylaşımı ilə bağlı Almaniyanın ölkəmizdəki səfiri XİN-ə çağırılaraq, ona qarşı sərt etiraz bildirilib.


APA xəbər verir ki, diplomatik mənbələrin məlumatına əsasən, qarşı tərəflə danışıq olduqca sərt aparılıb.


Almaniya səfiri bu paylaşımın texniki səhv olduğunu və artıq silindiyini, habelə bununla bağlı şifahi üzrxahlıq edildiyini bildirsə də, XİN-in məlumatında qeyd olunduğu kimi, Azərbaycan Almaniya tərəfindən ictimai şəkildə üzrxahlıq edilməsini tələb edib.


Maraqlıdır ki, Almaniya tərəfi hələ də məsələ ilə bağlı üzrxahlıq etməyib.


Əgər bu, həqiqətən də, texniki səhvdirsə, ictimai təxribat deyilsə, nəyə görə Almaniya üzrxahlıq etməkdən çəkinir?!


Qeyd edilən paylaşım fonunda, əgər Almaniya tərəfi məsələ ilə bağlı üzrxahlıq etməyəcəksə, o zaman Almaniya Prezidentinin ölkəmizə gözlənilən səfərinin məqsədəuyğunluğu sual doğurur.


Özü də nəzərə alsaq ki, Almaniya Prezidenti Ermənistan prezidenti ilə İrəvanda birgə keçirdiyi mətbuat konfransında da Azərbaycanı qıcıqlandıracaq fikirlər səsləndirib. Məsələn, Frank Valter-Ştaynmayer deyib ki, Ermənistan son həftələr konstruktivlik nümayiş etdirərək sülh sazişinin imzalanması üçün imkanlar yaradan qərarlar qəbul edib.


Onun fikrincə, Bakı bütün şübhələri kənara atmalıdır, çünki sülh sazişinin mətnində açıq suallar qalmayıb, ona görə də imzalanmasına heç bir maneə yoxdur.


Ştaynmayer İrəvan və Bakının sülhün bərqərar olması istiqamətində son addımlar atmasının vacibliyini qeyd edib.


Onun sözlərinə görə, İrəvan üçün münaqişəyə son qoymaq o qədər də asan olmayıb. Almaniya Prezidenti Ermənistanın hərəkətlərini hətta bir çox ölkələrə nümunə göstərib...


Yeri gəlmişkən, xatırladaq ki, Almaniya Prezidenti bu gün Ermənistandan Azərbaycana gəlməlidir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.