Ərdoğan Trampla danışdı – NƏLƏR MÜZAKİRƏ OLUNUB?
VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Ağ Evin rəhbəri Donald Trampla telefonla danışıb.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

 

Liderlər regional və qlobal proseslərə dair fikir mübadiləsi aparıblar.

 

Türkiyə Prezidenti Suriyadakı vəziyyət kontekstində Ankara və Vaşinqtonun Suriyaya tətbiq olunmuş sanksiyaların ləğvi məsələsinə birgə töhfə verməsinin vacibliyini bəyan edib ki, bu da bu ölkədə sabitliyin və vəziyyətin normallaşmasının təmin edilməsi, Dəməşqin yeni administrasiyasının hərəkətlərinin səmərəliliyinə, qaçqınların öz evlərinə qayıtmasına kömək edəcək.

 

Rəcəb Tayyib Ərdoğan əmin olduğunu bildirib ki, Türkiyə və ABŞ iki müttəfiq olaraq həmrəylik ruhunda, məhsuldar dialoqu hədəfləyərək səmimi əməkdaşlığı davam etdirəcəklər.

 

Dövlət başçısı müxtəlif istiqamətlərdə Türkiyə-Amerika məsləhətləşmələrinin intensivləşdirilməsinin vacibliyini də qeyd edib.

 

Ərdoğan daha sonra bəyan edib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında müharibəyə son qoyulması kontekstində ABŞ Prezidentinin qətiyyətini və təşəbbüslərini dəstəkləyir. O qeyd edib ki, Ankara müharibənin lap əvvəlindən Ukraynada ədalətli və uzunmüddətli sülhün əldə olunması üçün səy göstərib və səy göstərməkdə davam edir.

 

Söhbətin davamında Ərdoğan qeyd edib ki, Türkiyə ABŞ-dan Ankaranın terrorla mübarizədə mövqeyini nəzərə almasını gözləyir.

 

Türkiyə Prezidenti iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirməyə imkan verəcək CAATSA sanksiyalarının Türkiyəyə qarşı ləğvinin vacibliyini vurğulayıb.

 

O, həmçinin Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarə parkında tədarük və modernləşdirmə prosesinin başa çatdırılmasının, eyni zamanda, Ankaranın F-35 proqramında iştirakının bərpasının zəruriliyinə diqqət çəkib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.