General Eldar Mahmudovun vəzifəsindən azad edilməsindən, xüsusi xidmət generallarının səs-küylü korrupsiya işi və MTN-in ləğvindən sonra iş adamı və İT şirkətlərinin sahibi Ayaz Kərimov da cinayət məsuliyyətinə cəlb edilib. İstintaq orqanlarının məlumatına görə, A.Kərimov E.Mahmudovun oğlu Anar Mahmudovun şəriki olub.
Məlum olduğu kimi, milyardlarla büdcə vəsaitini mənimsəməkdə təqsirləndirilən Azərbaycan Beynəlxalq Bankının keçmiş prezidenti Cahangir Hacıyevin kürəkəni Anar Mahmudov Londona qaçıb və hələ də Azərbaycan ədalətindən gizlənir.
İş adamı Ayaz Kərimov uzun illər “Mahmudovların çətiri altında” çalışıb və Mahmudov-Hacıyev birləşmiş cinayətkar qruplaşmasının fəaliyyəti və onların ofşor şirkətlər vasitəsilə milyardların oğurlanması və ölkədən çıxarılması ilə bağlı əməlləri haqda dəyərli informasiya daşıyıcılarından biridir.
Azərbaycanın tanınmış araşdırmaçı jurnalisti, rusdilli populyar Haqqin.az portalının rəhbəri Eynulla Fətullayev bir neçə gün əvvəl Bolqarıstanın paytaxtı Sofiyada Ayaz Kərimovla görüşüb. Qeyd edək ki, A.Kərimov 2002-ci ildən Kanada vətəndaşıdır. İş adamı uzun illər sussa da, nəhayət, tabunu pozmağa qərar verib.
Xüsusi xidmət rəhbərinin oğlu telekommunikasiya biznesinə necə nəzarət edib və bu sahə niyə hüquq-mühafizə orqanlarının “maraq dairəsinə” düşüb?
Senzor.az Haqqin.az-a istinadən E.Fətullayevin növbəti sensasion videosöhbətini oxucularına təqdim edir.
Mütləq baxın...