Azərbaycan Prezidenti Donald Trampa təşəkkür etdi: "DOSTLUĞUMUZA BÖYÜK ÖNƏM VERİRƏM"
FOTO

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa "TruthSocial" hesabında paylaşıma görə təşəkkür edib.

 

Senzor.az bildirir ki, dövlət başçısı bu barədə "X"də yazıb.

 

"Prezident Donald Tramp, təşəkkür edirəm, "TruthSocial" hesabınızda paylaşdığınız xoş sözlərinizə görə minnətdaram. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsində və tarixi Vaşinqton sammitinə ev sahibliyi etməyinizdə oynadığınız mühüm rolu yüksək qiymətləndirirəm", - Azərbaycan Prezidenti qeyd edib.

 

Dövlət başçısı vurğulayıb ki, Donald Tramp Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əbədi dostluğun və formalaşmaqda olan strateji tərəfdaşlığın memarıdır: "Dostluğumuza böyük önəm verirəm".

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp sentyabrın 16-da növbəti dəfə "Truth Social"dakı hesabında avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi tarixi görüş barədə paylaşım edib. O bildirib ki, Azərbaycan və Ermənistan arasında müharibənin həllinə kömək etmək və eyni zamanda, bu iki böyük lider və insanla - Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla dost olmaq onun üçün böyük şərəfdir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.