
Xəzər dənizində 3.2 maqnitudalı daha bir zəlzələ qeydə alınıb.
Senzor.az bildirir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, aprelin 12-də yerli vaxtla 23:45-da qeydə alınan zəlzələnin ocağı 32 kilometr dərinlikdə olub.
**23:22 (12.04.2026)
Xəzər dənizində zəlzələ olub.
Senzor.az bildirir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Qeyd olunub ki, yerli vaxtla saat 22:46-da qeydə alınan zəlzələnin maqnitudası 4,6 olub.
Zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.