Qalibaf: ABŞ danışıqlarda İranın etibarını qazana bilmədi

İslamabadda danışıqlarda ABŞ tərəfi İran nümayəndə heyətinin etimadını qazana bilmədi.

 

"Tasnim" xəbər verir ki, bunu İslamabadda İran nümayəndə heyətinə rəhbərlik etmiş parlamentin Sədri Məhəmməd Baqir Qalibaf deyib.

 

“Danışıqlardan əvvəl vurğulamışdım ki, bizim xoş niyyətimiz və lazımi iradəmiz var, lakin əvvəlki iki müharibənin təcrübəsinə görə qarşı tərəfə etibar etmirik. İran nümayəndə heyətindəki həmkarlarım irəliyə yönəlmiş 168 təşəbbüs irəli sürdülər, lakin qarşı tərəf bu danışıqlar raundunda sonda İran nümayəndə heyətinin etimadını qazana bilmədi. ABŞ bizim məntiq və prinsiplərimizi anladı və indi qərar verməlidir ki, etimadımızı qazana biləcək, ya yox. Biz hər zaman diplomatiyanı, hərbi mübarizə ilə yanaşı, İran xalqının hüquqlarının təmin olunması üçün digər bir vasitə kimi qiymətləndiririk və İran xalqının 40 günlük milli müdafiə nailiyyətlərinin möhkəmləndirilməsi istiqamətində səylərimizi bir an belə dayandırmayacağıq. Danışıqlar prosesinin asanlaşdırılmasında dost və qardaş Pakistanın səylərini yüksək qiymətləndiririk", - deyə Məhəmməd Baqir Qalibaf qeyd edib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.