Ermənistan Təbrizdə baş konsulluq açır
RƏSMİ

Ermənistan Xarici İşlər Nazirliyi Təbrizdə baş konsulluq açacaq. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə qərar hökumətin cümə axşamı keçirilən iclasında qəbul edilib.

 

Xatırladaq ki, İran tərəfi ilə baş konsulluğun açılması barədə razılıq İranla sərhədə yaxın Qafan şəhərində İranın Baş Konsulluğunun açılışı zamanı əldə olunub. Belə ki, 2022-ci il oktyabrın 21-də Ermənistan və İranın xarici işlər nazirləri Ararat Mirzoyan və Hüseyn Əmir Abdullahian İranın Qafandakı Baş Konsulluğunun açılış mərasimində iştirak ediblər. Elə orada da Ermənistanın Təbrizdə baş konsulluğunun açılacağını elan ediblər.

 

2023-cü il dekabrın sonunda Mirzoyanla birgə mətbuat konfransında isə Abdullahian xatırladıb ki, İran tərəfi baş konsulluğun açılmasına razılıq verib və ümid edir ki, konsulluq 2024-cü ilin əvvəlində açılacaq.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.