İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı
FOTO

Ermənistanın paytaxtı İrəvanda Osmanlı Türkiyəsində “erməni soyqırımı” qurbanlarının xatirəsinə həsr olunmuş ənənəvi məşəl yürüşü keçirilir.

 

Senzor.az bildirir ki, yürüşdə həm sadə vətəndaşlar, həm də müxalif siyasi qüvvələrin nümayəndələri, o cümlədən eks-prezident, Ermənistan Respublika Partiyasının sədri Serj Sarkisyan və “Hayastan” blokundan deputat Levon Köçəryan iştirak edirlər. 

 

Yürüşün start götürdüyü Respublika meydanına Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan da gəlib. Yürüşdən əvvəlki mitinqdə  Ermənistandan Gürcüstana gedən magistral yolu bağlayan nümayişçilərlə birlikdə bir neçə gündür qaldığı Tavuşdan gəlmiş “Hayastan” blokunun deputatı Qarnik Danielyan çıxış edib. 

Serj Sarkisyan jurnalistlərlə söhbətində hazırkı hakimiyyəti manipulyasiyada ittiham edib və əlavə edib ki, delimitasiyanın həyata keçirildiyi formada məntiq görmür. Onun fikrincə, xalq təzyiqi indiki hakimiyyətə etimadsızlıq votumu ifadə etməyə kömək edəcək.

 

Mitinqin sonunda toplaşanlar Türkiyə və Azərbaycan bayraqlarını yandırıblar. Yürüş iştirakçıları əllərində Ermənistanın və “erməni soyqırımı”nı tanıyan və pisləyən bütün ölkələrin bayraqlarını tutublar.

 

Qeyd edək ki, yürüş adi marşrutla – Əmiryan küçəsi və Maştots prospekti ilə Opera Teatrına, oradan isə Baqramyan prospekti və Kiyevyan küçəsi ilə Tsitsernakaberd memorialına qədər davam edəcək.

 

Senzor.az









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.