Zelenski: Cəbhədə vəziyyət Rusiyanın təqdim etdiyi kimi deyil

Ukrayna Prezidenti Volodimir Zelenski cəbhədəki vəziyyətin Rusiyanın təqdim etdiyi kimi olmadığına diqqət çəkərək ukraynalıların öz ölkələri uğrunda mübarizədən əl çəkməyəcəklərini vurğulayıb.

 

Bu barədə dövlət başçısı Braziliya mətbuatına müsahibəsində danışıb.

 

Ukrayna lideri “cəbhədə hər şey pisdir və təşəbbüs rusiyalıların əlindədir” bəyanatlarını “RF-in narrativləri” adlandırıb. “Bu belə deyil”, – Zelenski deyib.

 

Dövlət başçısı söyləyib ki, “rusiyalıların silahları var” və bu, Ukrayna ordusundakından daha çoxdur: “Hazırda vəziyyət sadə deyil”.

 

Bununla belə, Zelenski qeyd edib ki, hərbi yardım təsdiqlənən kimi “silahlar addım-addım gələcək”: “Biz buna sadəcə ümid etməyəcəyik, həm də bunun uğrunda mübarizə aparacağıq”.

 

Ukraynanın öz müttəfiqlərinin köməyinə niyə bu qədər ehtiyacı olduğunu izah edən Ukrayna Prezidenti deyib ki, ölkənin müstəqilliyinin 30 ili ərzində Rusiya öz “agentlərindən” istifadə edərək “Ukraynanın inkişaf etməməsi” üçün hər şeyi edib, müdafiə sənayesi kompleksi gücünün məhv edilməsi üçün silahlar ayırıb.

 

O vurğulayıb ki, ukraynalılar ölkələri, müstəqillikləri, Aİ və NATO-ya üzv olmaq planları uğrunda mübarizədən əl çəkməyəcəklər: “Heç kim təslim olmur”.

 

“Rusiya Prezidenti Vladimir] Putin bizdən çox qorxur. Mən buna əminəm”, – o əlavə edib.

 

Ölkə başçısı bildirib ki, Ukrayna yaxın aylarda ABŞ də daxil olmaqla bir sıra ölkələrlə ikitərəfli təhlükəsizlik razılaşmalar imzalamalıdır: “Konqresdən keçdikdən sonra ABŞ ilə bu güclü razılaşmaya gedəcəyik”.

 

Onun sözlərinə görə, təhlükəsizlik sazişi təkcə müdafiəni deyil, həm də “humanitar aspektləri, yenidənqurma, maliyyə və iqtisadi dəstəyi” əhatə edir.

 

“Report” bildirir ki, müsahibə zamanı Ukrayna Prezidenti bir daha Qərb ölkələrinin İranın hücumunu dəf etməkdə İsrailə kömək etməsinə diqqət çəkib. Zelenskinin sözlərinə görə, Fransa, Almaniya, Polşa, Böyük Britaniya və ya hər hansı digər ölkənin təyyarələri Ukraynaya doğru uçan Rusiya raketlərini məhv etmək üçün havaya qalxarsa, o bunu “ayaq üstə alqışlayacaq”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.