Azərbaycan və Türkiyə arasında mayın 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası və biznes forumu keçiriləcək.
Bu barədə Türkiyәnin Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) xəbər verir.
Qeyd edilib ki, Ankarada Hökumətlərarası Komissiyanın 11-ci iclası olacaq.
İclas Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın sədrliyi ilə keçiriləcək.
Onlar həmçinin DEİK və Türkiyə Ticarət Palataları və Birjalar Birliyinin təşkil etdiyi biznes forumda iştirak edəcəklər.