ABŞ HƏMAS-ın Qəzza zolağında atəşkəs və girovların mübadiləsi təklifinə müsbət cavab verəcəyinə ümid edir.
Bunu ABŞ dövlət katibi Antoni Blinken Sedonada (Arizona) Makkeyn İnstitutunun keçirdiyi forumda çıxışı zamanı deyib: “Hazırda baş verə biləcək ən yaxşı şey atəşkəsin əldə olunması və girovların azad edilməsidir. Biz HƏMAS-dan cavab gözləyirik. “Bəli” deyəcəklərinə ümid edirik”.
A.Blinkenin sözlərinə görə, indi reallıq ondan ibarətdir ki, Qəzza xalqı ilə atəşkəs arasında dayanan yeganə şey HƏMAS-dır: “Yəhudi dövləti üçün təhlükəsizlik təminatları olacağı təqdirdə Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik. Vaşinqton Təl-Əvivin təhlükəsizliyinin təmin edilməsi zərurətinə tam sadiqdir”.