Türkiyədə Ankara – Ərzincan reysini həyata keçirən təyyarədə bomba olmasına dair xəbərdarlığın əsassız olduğu məlum olub.
“TRT Haber” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Bildirilib ki, Əsənboğa hava limanına qayıdan təyyarə rahat şəkildə eniş edib və təhlükəsiz parklanma yerinə aparılıb.
Sərnişinlər təxliyə edildikdən sonra hava nəqliyyatı vasitəsində mütəxəssis qruplar və qoxuya həssas köpəklər tərəfindən axtarış aparılıb.
Sərnişinlərə və onların baqajına da baxış keçirilib.
Polis qruplarının təyyarədə apardığı axtarışlar nəticəsində xəbərin yalan olduğu aydın olub.