
İslam dünyası həmrəy olmalıdır. Xüsusilə hazırkı kritik dövrdə sağlam düşüncəyə üstünlük verilməli, müsəlmanlar sülh və dinclik içində birgə həyat mühiti qurmalıdırlar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Qədr gecəsi münasibətilə təşkil olunan proqramda deyib.
Ölkə başçısının sözlərinə görə, əgər İslam dünyası “çirkli və qanlı ssenarilərin” yenidən səhnələşdirilməsinə icazə versə, nəticələr ağır olacaq.
“Rəqabət və fikir ayrılıqları müsəlmanları zəiflətməməlidir. Əsrlər boyu davam edən mübahisələri kənara qoymalı, “Allahın ətəyindən” möhkəm yapışmalı, bir-birimizi dəstəkləməli və yaralara birgə məlhəm olmalıyıq”, – deyə Prezident Ərdoğan vurğulayıb.