Qüdrəti ilə öyünən bir dövlət ÖZ BAŞÇISINI NİYƏ QORUYA BİLMƏDİ?
VİDEO

"Fevralın 28-də başlayan və getdikcə daha da qızışaraq regional miqyas kəsb edən ABŞ-İsrail və İran müharibəsinin hələlik ən mühüm nəticəsi İranın ali lideri ayətullah Əli Xameneinin öldürülməsidir. Hərbi əməliyyatların elə ilk saatlarında onun "Beyt-e rəhbəri" adlanan ofisinə endirilən hava zərbələri bir çox yaxınları və silahdaşları ilə birgə, Xameneinin də həyatına son qoydu. Onun ölməsi barədə məlumatlar fevralın 28-də bütün gün ərzində dolaşsa da, İran rəsmiləri hər dəfə bunu təkzib etdilər. Yalnız martın 1-də səhər tezdən dövlət televiziyası Xameneinin "şəhid olduğu" barədə Ali Milli Təhlükəsizlik Şurasının rəsmi məlumatını yaydı".

 

"Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə belə deyilir.

 

"Xameneinin sonuncu görüşdüyü iki şəxsdən biri olan Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin verdiyi açıqlamaya görə, ali lider sığınacaqda gizlənmək təklifindən imtina edib, bir növ könüllü şəkildə "şəhid olmaq" yolunu seçib. Amma niyə? Axı hələ ötən ildən ABŞ və İsrailin onu aradan götürmək planlarının olduğu hər kəsə məlum idi. Hər halda, tərəfdarları və pərəstişkarları onun şüurlu şəkildə imam Hüseyn yolunu seçdiyinə inanırlar. Lakin məsələyə başqa yanaşma da var.

 

Necə oldu ki, özünün qədim tarixi və hazırkı qüdrəti ilə öyünən bir dövlət öz başçısını qoruya bilmədi? Düşmənin nə qədər güclü olmasından asılı olmayaraq, bu, dövlət adına rüsvayçılıq deyilmi? Harada idi İslam Respublikasının sayı-hesabı bilinməyən güc və təhlükəsizlik strukturları? Amma nə qədər qəribə görünsə də, bu sualların ünvanı elə Xameneinin özüdür. Çünki 1989-cu ildən ali lider postunu tutan, daha əvvəl də səkkiz il İran Prezidenti olan Xamenei sözün həqiqi mənasında, hazırkı İran rejiminin qurucusudur" , - deyə materialda vurğulanıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.