
Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli Dövlət Təhlükəsizliyi Xidmətində şahid qismində ifadə verib.
Senzor.az-ın məlumatına görə, o, müstəntiqin suallarını cavablandırdıqdan sonra sərbəst buraxılıb.
**18:36 (24.02.2026)
Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin evində axtarış aparılıb.
Senzor.az bildirir ki, Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mediyev və digərləri barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi çərçivəsində DTX tərəfindən Gültəkin Hacıbəylinin evində axtarış aparıldığı və şahid qismində ifadə verməyə dəvət olunduğu məlum olub.
Qeyd edək ki, fevralın 12-də Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya edilib.
G.Hacıbəyli ötən ilin noyabrın 30-da Türkiyədə saxlanılıb. Onun barəsində 5 illik deport qərarı çıxarılıb. O, Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində istintaqa dəvət olunub