Tramp ABŞ-ı dəstəkləməyən müttəfiqlərindən inciyib

Ağ Ev rəhbəri Donald Tramp ABŞ-ın onilliklər boyu müdafiə etdiyi bəzi ölkələrin Vaşinqtona dəstək verməməsindən narazıdır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, Ağ Evdə Kennedi Mərkəzi İdarəçilər Şurasının iclasında çıxış edərkən danışıb.

 

"Düşünürəm ki, milyardlarla dollar xərcləyərək 40 ilə yaxın müddətdə qorumağımıza baxmayaraq bəzi ölkələr eyni addımı atmayacaq. Mən bu barədə Nümayəndələr Palatası və Senatı məlumatlandıracağam və soruşacağam ki, bizi qorumayan ölkələri niyə müdafiə edirik?", - o deyib.

 

ABŞ lideri həmçinin bildirib ki, bunu həmişə NATO-nun zəif nöqtəsi hesab edib.

 

Onun sözlərinə görə, müttəfiqlər ABŞ-a dəstək göstərməyə, o cümlədən ehtiyac yaranarsa, zəruri hərbi texnika verməyə hazır olmalıdırlar.

 

Tramp əlavə edib ki, ABŞ-ın dövlət katibi Marko Rubio yaxın vaxtlarda Vaşinqtona kömək etməyə razılaşacaq ölkələrin adlarını açıqlayacaq.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.