
İranın müdafiə naziri vəzifəsini müvəqqəti icra edən general Məcid bin ər-Rza öldürülüb.
Bu barədə İsrailin "Channel 12" telekanalı məlumat yayıb.
Qeyd edək ki, general Məcid bin ər-Rza cəmi bir gün əvvəl İranın müdafiə naziri vəzifələrini müvəqqəti icra edən təyin edilmişdi. Onun sələfi Əziz Nəsirzadə isə fevralın 28-də İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatları zamanı öldürülüb.