
Bu gecə Azərbaycanda Ramazan ayının sonuncu Qədr (Əhya) gecəsidir.
Senzor.az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı rəsmi təqvimə əsasən, sonuncu Əhya gecəsi martın 16-dan 17-nə keçən gecəyə təsadüf edir.
Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olmağa başladığı gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub. Əhya gecələrində oyaq qalıb ibadət etmək böyük savab hesab olunur.
Onu da xatırladaq ki, Ramazan ayı Azərbaycanda fevralın 19-də başlayıb. Şəvval ayının 1-də, yəni martın 20-da Ramazan (Fitr) bayramı olacaq.