
Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı apardığını və Tehranı gərginliyi azaltmağa çağırdığını açıqlayıb.
Senzor.az-ın məlumatına görə, Makron sosial mediada bildirib ki, Fransa yalnız müdafiə məqsədləri üçün hərəkət edir, özünün və regional tərəfdaşlarının maraqlarını, eləcə də naviqasiya azadlığını qorumağa çalışır.
Fransa Prezidenti əlavə edib ki, nəzarətsiz eskalasiya bütün regionu xaosa sürükləyir.