
İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqını küçələrə çıxmağa və hökuməti devirməyə çağırıb.
Bu barədə o, televiziya çıxışı zamanı bildirib.
Netanyahu ivrit dilində yazılmış və İsrail televiziyasında yayımlanan çıxışında deyib: "Yaxın günlərdə İran xalqına azadlıq qazanmaq imkanı vermək üçün hər şeyi etmək niyyətindəyik, ona görə də yenidən İran xalqına müraciət edərək deyirəm: Boş oturmayın, çox tezliklə bu işi bitirmək və totalitar rejimi devirmək üçün küçələrə çıxmalı olacağınız an gələcək".