Ərdoğan 8 il sonra CHP lideri ilə görüşdü
YENİLƏNİB, FOTO

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl ilə görüşüb.

 

“CNN Türk”ün məlumatına görə, görüş çox müsbət və məhsuldar keçib. Tərəflər bir-birinə hədiyyələr verib. 

 

Ərdoğan CHP-nin qərargahına təşrif buyuracağını deyib, Özəl isə bundan məmnun olacağını bildirib.

 

Dini bayramlarda Ərdoğanla Özəl arasında telefonla təbrik mübadiləsi olacaq, milli bayramlarda isə görüşləri təşkil ediləcək.

 

Ölkədaxili bir sıra məsələlərin müzakirə olunduğu görüşdən sonra CHP lideri açıqlama verib: “Görüş müsbət atmosferdə keçdi. Bunun müsbət nəticələr verəcəyinə ümid edirəm. Önümüzdəki günlərdə hadisələri izləyəcəm”.

 

Qeyd edək ki, bu, iki partiyanın liderləri arasında 2016-cı ildən bu yana baş tutan ilk görüşdür.

 

**20:55


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla CHP sədri Özgür Özəl arasında görüş olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mərkəzi qərargahında təşkil edilən görüş 1 saat 35 dəqiqə çəkib və müsbət atmosferdə keçib.


Görüşdə CHP İstanbul Millət vəkili və TBMM Xarici Əlaqələr Komissiyasının üzvü Namık Tan və Elitaş da iştirak ediblər.


Söhbətin təfərrüatı açıqlanmır. Amma görüş barədə anonslarda vurğulanırdı ki, Ərdoğan və Özəl arasında görüşdə aktual mövzuların müzakirə olunacağı gözlənilir. Bu mövzular arasında yeni konstitusiya ilə bağlı məsələlər, iqtisadiyyat sahəsindəki yeniliklər, həmçinin Qəzzadakı vəziyyət və digər məqamların da olduğu bildirilirdi.

 

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan və Özgür Özəl son dəfə aprelin 23-də Türkiyə Böyük Millət Məclisində digər siyasi partiyaların nümayəndələrinin də olduğu bayramlaşma tədbirində bir araya gəlmişdilər. 

Senzor.az







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.