Türkiyədə çevriliş təhlükəsi: ƏRDOĞAN GECƏ TƏCİLİ İCLAS KEÇİRDİ
VACİB AÇIQLAMALAR OLACAQ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gecə Türkiyədə çevriliş təhlükəsi ilə əlaqədar təcili iclas çağırıb.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

Bildirilib ki, “Ayhan Bora Kaplan” cinayət təşkilatı ilə bağlı iddialarda adı keçən və Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılan polis əməkdaşları ilə bağlı məsələ gündəmdə qalmaqdadır. Ötən gün rəqəmsal materialları ələ keçirmək ittihamı ilə işdən qovulan polis məmurlarının evlərində axtarış aparılıb.

 

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı parlamentdəki fraksiya iclasında bildirib ki, baş verənlər Ərdoğanı devirmək üçün sui-qəsdin olduğunu göstərə bilər. Məsələ ilə bağlı partiya sədri əməliyyatları yalnız bir neçə polis əməkdaşının işdən çıxarılması ilə məhdudlaşmamağa çağırıb. 

KİV yazır ki, Baxçalının açıqlamalarından sonra Ərdoğan Prezident İqamətgahında ölkənin ədliyyə naziri Yılmaz Tunc və Milli İstehbarat Təşkilatının rəhbəri İbrahim Kalınla gecə təcili görüş keçirib.

 

Məsələ ilə bağlı açıqlama verən jurnalist Handə Firat da Ərdoğanın təcili keçirdiyi iclasda məhkəmə və kəşfiyyat sahəsindəki proseslərin müzakirə edildiyini vurğulayıb.

 

Son məlumata görə, Ərdoğan sözügedən məsələ ilə bağlı bu gün TBMM-də AKP-nin qrup toplantısında daha vacib açıqlamalar verəcək.

 

Qeyd edək ki, iclasın yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 13:00) baş tutacağı bildirilib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.