Tbilisidəki aksiyaya Avropa ölkələrinin xarici işlər nazirləri də qatılıblar - YENİLƏNİB, VİDEO


Avropa ölkələrinin xarici işlər nazirləri Gürcüstan patlamentinin qarşısında "xarici təsir" qanunu əleyhinə keçirilən etiraz aksiyasına qatılıblar.

 

APA xəbər verir ki, Latviya, Litva, Estoniya və İslandiyanın xarici işlər nazirləri aksiyaçılar tərəfindən alqışla qarşılanıb.

 

Səhnəyə çıxan nazirlər aksiyaçıları dəstəklədiklərini, onların yalnız olmadıqlarını vurğulayıblar.

 

Baş dioplomatlar bidlriblər ki, Gürcüstan xalqı artıq öz seçimini edib.

 

Nazirlər aksiya işyirakçıları ilə birlikdə "Hara gedirik? Avropaya!", "Gürcüstan!" şüarları səsləndiriblər.

 

Çıxışlardan sonra Gürcüstanın və Aİ-nin himni səsləndirilib.


**21:26


Gürcüstanın paytaxtı Tbilisidə "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbuluna etiraz edən aksiyaçılar yürüş və mitinq keçirirlər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, etirazçıların bir hissəsi əvvəlcə Vaki parkının yaxınlığında toplaşıblar, indi isə Abaşidze küçəsinə doğru yürüş edirlər. Buradakı yürüş iştirakçıları “Çıx çölə, çıx!” şüarları səsləndirirlər. Onları bir neçə polis qrupu müşayiət edir.

 

Yürüş iştirakçılarının bir qrupu Qəhrəmanlar meydanını bağlayıb, bəziləri isə Parlament binası yaxınlığındakı mitinqə toplaşıblar. Onlar da Rustaveli prospektini bağlayıblar. 

Polis yolda qalan nəqliyyat vasitələrini alternativ istiqamətlərə yönəldir.

 

Mitinqdə Gürcüstanın və Avropa İttifaqının himnləri səsləndirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.