Ərdoğan: “Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir”

“Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir”.

 

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ile birgə mətbuat konfransı zamanı deyib.

 

“Biz inanırıq ki, bu iki ölkə sonda əsl sülh razılaşmasına nail olacaq”, - deyə Ərdoğan qeyd edib.

 

Dövlət başçısı Bakı-Tbilisi-Qars dəmir yolunun yenidən işə salınmasından da danışıb.

 

“Biz tarixi İpək Yolunu relslər üzərində canlandıran orta dəhlizin onurğa sütunu olan Bakı-Tbilisi-Qars dəmir yolunun yenidən işə salınması istiqamətində işlərimizi davam etdiririk. Türkiyə-Gürcüstan əlaqələrinin mühüm sütununu regional əməkdaşlıq layihələri təşkil edir. Biz nəqliyyat və enerji layihələri üzərində işləmək istəyimizi təsdiq etdik”, - deyə Ərdoğan bəyan edib.


İrakli Kobaxidze isə bildiirb ki, Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı həqiqətən vacibdir.

 

“Müxtəlif strateji layihələri müzakirə etdik. Bu sahədə də strateji tərəfdaşlığımızı inkişaf etdirmək çox vacibdir”, - Kobaxidze deyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.