Mayın 17-də Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi küçələri nəqliyyat üçün bağlanacaq.
Senzor.az bildirir ki, Tbilisi meriyası Ailə Müqəddəsliyi və Valideynlərə Hörmət Gününü qeyd etmək üçün keçirilən yürüşlə əlaqədar paytaxtın mərkəzi küçə və meydanlarında avtomobillərin hərəkətinə məhdudiyyətlər tətbiq edib.
Ailə Müqəddəsliyi və Valideynlərə Hörmət Günü 2014-cü ildə Gürcüstanın Katolikos-Patriarxı İkinci İlya tərəfindən təsis edilib və mayın 17-də qeyd olunur. Patriarxın o zaman qeyd etdiyi kimi, ailə “insanlığın və dövlətin əsasıdır”.
Yürüş saat 12:00-da Kaşveti məbədində başlayacaq və Sameba Müqəddəs Üçlük Katedrali istiqamətində davam edəcək, bundan sonra Rustaveli prospektinin bir hissəsi bağlanacaq...
Onu da qeyd edək ki, Baş nazirin sərəncamı ilə bu il mayın 17-si istirahət günü elan edilib.
Senzor.az