Fransa polisi Ruan şəhərində sinaqoqu yandırmaq istəyən silahlı şübhəlini güllələyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə daxili işlər naziri Jerar Darmanin özünün “X” hesabında yazıb.
O, şübhəlinin güllələnərək öldürüldüyünü təsdiqləyib.
Hadisə ilə bağlı başqa heç bir təfərrüat məlum deyil.