Putinlə Paşinyan arasında kritik görüş: NƏLƏR və NECƏ MÜZAKİRƏ OLUNDU?
VİDEO

Ermənistanın eyni vaxtda Avrasiya İqtisadi Birliyinə (AİB) və Avropa Birliyinə (AB) üzv olması sadəcə mümkün deyil.

 

Senzor.az bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə deyib.

 

Rusiya lideri qeyd edib ki, Moskva İrəvan və Brüssel arasında münasibətlərin inkişafına sakit yanaşır, lakin Ermənistanın eyni zamanda iki gömrük ittifaqının üzvü ola biləcəyini mümkün saymır.

 

"Ermənistanın Avropa İttifaqı ilə münasibətlərin inkişafını müzakirə etdiyini görürük. Bu barədə tamamilə sakitik. Başa düşürük ki, istənilən ölkə üçüncü ölkələrlə əməkdaşlıqdan maksimum fayda əldə etməyə çalışır", - deyə Putin Rusiya-Ermənistan danışıqları zamanı bildirib.

 

Ermənistanın Baş naziri çıxışında Qarabağ mövzusuna da toxunub və bəyan edib ki, Ermənistanda Qarabağ hərəkatı davam etdirilməməlidir, çünki İrəvan və Bakı arasında artıq sülh bərqərar olub: "Mən artıq Ermənistanda açıq şəkildə bildirmişəm ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik, çünki Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi çərçivəsində bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyıblar. İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik, bu barədə Rusiyanın ali rəhbərliyi də iki dəfə açıq şəkildə bəyan edib".

 

Daha ətraflı videomaterialda:







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.