
Bakıda ər-arvad kirayə yaşadıqları mənzildə ölmüş vəziyyətdə tapılıblar.
“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gecə Xətai rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1969-cu il təvəllüdlü Ayət Məmmədov və 1976-cı il təvəllüdlü arvadının meyiti Araz Novruzov küçəsi 26 ünvanında kirayə yaşadıqları fərdi yaşayış evində aşkarlanıb.
Onların dəm qazından zəhərlənərək öldükləri bildirilir.
Hazırda faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.