
Futbol üzrə dünya çempionatının (DÇ) Avropa zonası üzrə pley-off mərhələsində final oyunları keçirilib.
Senzor.az bildirir ki, Türkiyə millisi həlledici görüşdə Kosovonun qonağı olub. Matç “ay-ulduzlular”ın minimal hesablı qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 53-cü dəqiqədə Kərəm Aktürkoğlu vurub.
DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan komanda D qrupunda ABŞ, Avstraliya və Paraqvayla mübarizə aparacaq.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.
Onu da qeyd edək ki, Türkiyə sonucu dəfə Yaponiya və Cənubi Koreyada keçirilən 2002-ci il dünya çempionatında iştirak etmişdi. Onlar mundialda bürünc medalı qazanmağı bacarmışdılar.
**10:19 (31.03.2026)

Bu gün futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində 4 final oyunu keçiriləcək.
Senzor.az bildirir ki, Türkiyə millisi həlledici görüşdə Kosovonun qonağı olacaq.
Matç Bakı vaxtı ilə saat 22:45-də təşkil olunacaq. Oyunu ingiltərəli hakim Maykl Oliver idarə edəcək. Tamaşaçılar bu matçı İctimai TV-də izləyə biləcəklər.
Günün başqa maraqlı qarşılaşmalarından birində Bosniya və Herseqovina millisi İtaliya ilə üz-üzə gələcək. Bu qarşılaşma isə eyni vatda "CBC Sport" TV-də canlı yayımlanacaq.
Digər matçlarda İsveç Polşanı, Çexiya Danimarkanı qəbul edəcək. Finalda qalib gələn yığmalar DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanacaqlar.
Qeyd edək ki, Türkiyə sonuncu dəfə DÇ-də 2002-ci ildə iştirak edib.
Onu da qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.