Şəkidə evdə partlayış: XƏSARƏT ALANLAR VAR
VİDEO

Şəki şəhəri, Aydın Məmmədov küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verib.

 

Senzor.az bildirir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəki Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ümumi sahəsi 320kv.m. olan ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsindəki mətbəxdə yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən edilib.

 

Yanğın yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Partlayış dalğasının təsirindən evə ziyan dəyib, mətbəxdə təxminən 5kv.m. sahə yanıb.

 

Mənzilin böyük hissəsi yanğından mühafizə olunub.

 

Partlayış zamanı 2 nəfər xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.