
Xəbər verdiyimiz kimi, Şimali Kipr Türk Respublikasının yeni seçilmiş Prezidenti Tufan Erhürman BMT-nin bufer zonasında Kiprin yunan hissəsinin lideri Nikos Xristodulidis ilə görüşüb.
Senzor.az bildirir ki, danışıqlar təxminən saat yarım çəkib. Maraqlıdır, həmin müddət ərzində liderlər nələri müzakirə ediblər?
Əvvəlcədən vəd edildiyi kimi, görüşdən sonra Prezident Erhürman mətbuat konfransı keçirib, bu və gigər suallara aydınlıq gətirib.
**12:58

Şimali Kipr Türk Respublikasının yeni seçilmiş Prezidenti Tufan Erhürman BMT-nin bufer zonasında Kiprin yunan hissəsinin lideri Nikos Xristodulidis ilə görüşüb.
Senzor.az bildirir ki, görüş BMT Baş katibinin xüsusi nümayəndəsi və BMT-nin Kiprdəki Sülhməramlı Qüvvələrinin (UNFICYP) rəhbəri Xassim Caqnenin rəsmi iqamətgahında keçirilib.
Görüşdən sonra Prezident Erhürman jurnalistlərin suallarını cavablandıracaq.

