Strateji Hücum Silahları haqda Rusiya-ABŞ müqaviləsi – ONUN POZULMASI NƏ İLƏ NƏTİCƏLƏNƏ BİLƏR?
ŞƏRH

Xəbər verildiyi kimi, Rusiya Prezidenti Vladimir Putin ölkəsinin ABŞ ilə imzalanmış Strateji Hücum Silahları haqqında Müqavilədə (SHSM) iştirakını dayandırdığını bildirib.

 

V.Putinin bu bəyanatını fevralın 21-də Federal Məclisə ünvanlanmış müraciətinin daha çox əks-səda doğuran məqamı hesab etmək olar. AZƏRTAC Rusiyanın müqavilədə iştirakını dayandırmasının nə kimi nəticələr verə biləcəyi barədə suala cavab tapmağa çalışıb.

 

Müqavilənin pozulması, ilk növbədə, o deməkdir ki, Rusiya və ABŞ bir-birinin nüvə potensialına nəzarət edə bilməyəcək, qarşı tərəfin nüvə təhdidinin səviyyəsi yalnız gözəyarı ölçüləcək. Bu cür etimadsızlıq şəraitində tərəflərin hər hansı səhv, yaxud baş verə biləcək hadisə nəticəsində nüvə silahı tətbiq etməsi ehtimalı da artır.

 

Rusiyanın müqavilədə iştirakını dayandırmasını “məcburi qərar” adlandıran V.Putinin sözlərinə görə, nüvə silahına malik ölkələr öz nüvə potensialını artırır və Rusiyanın nüvə obyektlərinə baxış keçirmək istəyirlər. 

 

RF Prezidenti, həmçinin onda Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın strateji aviasiya bazalarına zərbə endirmək planları, ABŞ-ın yeni nüvə silahları üzərində işləməsi, eləcə də bu silahları sınaqdan keçirmək niyyəti barədə məlumatlar olduğunu bildirib. Bundan başqa, V.Putin hesab edir ki, NATO ölkələri birgə bəyanat verməklə, faktiki olaraq, SHSM-nin iştirakçısına çevriliblər. NATO-da isə ABŞ-dan başqa Böyük Britaniya və Fransanın da nüvə silahı var və bu silahlar Rusiyaya tərəf yönəlib.

 

“Strateji Hücum Silahları haqqında Müqavilə - 3” ABŞ ilə Rusiya arasında bu silsilədən imzalanmış sonuncu razılaşmadır. Sənədi 2010-cu ildə Rusiya və ABŞ-ın ovaxtkı prezidentləri Dmitri Medvedev və Barak Obama imzalamışdılar. 2021-ci ildə isə tərəflər razılaşmanın müddətini 2026-cı ilədək uzatmışdılar.

 

Qeyd edək ki, müqavilədə digər şərtlərlə yanaşı, ölkələrin strateji hücum silahlarını öz ərazisindən kənarda yerləşdirməsi də qadağan olunur.

 

Ekspertlərin fikrincə, SHSM-in sonu Nüvə Silahının Yayılmaması haqqında Müqaviləyə də zərbə olacaq. Bu müqaviləyə 1968-ci ildə BMT üzvü olan 190 ölkə riayət edir. Onun qüvvədən düşməsi hazırda nüvə silahı yaratmağa yaxın olan ölkələrin də əlində əsas ola bilər.

 

Analitiklər hesab edirlər ki, SHSM haqqında müqavilənin bərpası yalnız Fransa və Böyük Britaniyanın nüvə potensialı nəzərə alınandan sonra mümkün ola bilər. Bu isə silahların ixtisarına dair ikitərəfli razılaşma modelinin artıq mövcud olmadığı və ehtimal ki, ikitərəfli şəkildə bir də təkrarlanmayacağı deməkdir.

 

Mütəxəssislər bugünkü bəyanatdan sonra nüvə sınaqlarına yenidən başlanacağını da istisna etmirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.