İstanbulda gərginlik: MİTİNQLƏR QADAĞAN EDİLDİ
VİDEO

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul təşkilatı sədrinin məhkəmə qərarı ilə vəzifədən uzaqlaşdırılmasına və yerinə müvəqqəti rəhbərlik təyin edilməsinə qarşı etirazlar fonunda şəhərdə siyasi gərginlik yaranıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, CHP Gənclər Təşkilatının çağırışı ilə partiya üzvləri partiya binası önündə toplaşıblar.

 

Lakin İstanbul Valiliyi 7–10 sentyabr tarixlərində şəhərin altı rayonunda bütün toplantı və aksiyaları qadağan edib. Qərara əsasən, yürüşlər, çadır qurmaq, imza kampaniyaları, oturaq aksiyaları və anma mərasimləri qadağan edilib.

 

Vali Davut Gül açıqlamasında məhkəmənin qərarını xatırladaraq yeni təyin olunan rəhbərliyin fəaliyyətinə mane olunmasının “cinayət məsuliyyəti” doğuracağını bildirib. O, sosial şəbəkədəki paylaşımında “qanunsuz toplantı və çağırışların cinayət sayıldığını” vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.