NƏ QORXMAQ, NƏ DƏ QORXUTMAQ!
MİR ŞAHİN YAZIR

Nə xoşuma gəlmir: milli qürur, ümumxalq ləyaqəti, vətəndaş məsuliyyəti, ailə qeyrəti, ana-bacı namusu tək baza-keyfiyyətləri yox, hansısa ölkənin (məsələn Rusiyanın!), Azərbaycana az qala hücum etməyə hazırlaşması anonsları ilə-bəzi qüvvələrin cəmiyyətdə oğrun xof yaratmaq meyillərinin qabardılması. 

 

Bəyan edirəm: namus, qeyrət davasında çəki dərəcəsi olmur! Azərbaycan Silahlı Qüvvələri yalnız Ermənistandan müdafiə olunmaq üçün deyil. Xalq öz dövlətini yadplanetlilərdən də qorumağa qadir olmalıdır. Və Qadirdir! Sadəcə Ali Baş Komandan ətrafında birləşmək, dövlətin maraqlarını, öz vətəndaş borcunu dürüst anlamaq, dürüst anlatmaq və sosial şəbəkələrin plintusaşırı səviyyəsindən, populizmdən azad olmağı bacarmaq lazımdır. 

 

Heç bir dövləti, heç bir milləti təhqir etmədən, sadəcə məntiq və ağılla mübarizə aparmaq, klaviatura qəhrəmanlığını bir kənara qoyub dünyada gedən siyasi prosesləri soyuq beyinlə təhlil və dərk etmək gərəkdir. 

 

Unutmayaq: biz həmin o xalqıq ki, azadlığımızı, müstəqilliyimizi SSRİ kimi ölkənin yırtıcı caynaqlarından qopararaq almışıq. Çənə gimnastlarının, boş boğazların sosial mediada yaratmaq istədiyi bədbin ajiotajın qarşısına ciddi media olaraq çıxmalıyıq. 

Məsuliyyətsizlik, anarxiya, mənəviyyatsızlıq “yaradıcıları”na yerlərini göstərmək bizim işimizdir. 

 

Azərbaycan XXI əsrin yeganə qalib dövlətidir. Vətəndaş kimi bu dövlətə, müzəffər Azərbaycana layiq olmalıyıq! 

 

ATƏT-in Minsk Qrupunun ləğvi münasibətilə hamımızı təbrik edirəm! Xatırlayaq: həmsədrlər kim idi?

 

-ABŞ, Rusiya, Fransa!

 

Bunu düşünək…

 

Bəli: Azərbaycan BMT Təhlükəsizlik Şurasının üç üzvünə masada da qalib gəldi! 30 illik davadan sonra! Mövzunu dəyişməyək. Qələbəni duymaqdan bezməyək! Qələbənin keşiyində bir xalq kimi dayanmağı aşılayaq

 

Çünki Qələbə əslində biz özümüzük! Hamımız və hər birimiz!






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.