
Almaniya Kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampın İran ətrafındakı münaqişənin NATO-nun müharibəsi olmadığını anladığını bildirib.
Bu açıqlamanı o, “FAZ” qəzetinin təşkil etdiyi müzakirədə verib.
"Düşünürəm ki, o, bunun NATO-nun müharibəsi olmadığını başa düşüb", - Merts deyib.
O, həmçinin Vaşinqtonun hərəkətlərinin gərginliyin azaldılmasına yönəlmədiyini vurğulayıb.
"Trampın hazırda etdiyi şey açıq nəticə ilə ciddi eskalasiyadır", - Kansler bildirib.
Merts həmçinin Trampla danışığının mübahisəli olmadığını bildirib.
"Əgər bizdən kömək istəsəniz, qəzetlərdən öyrənmək əvəzinə, əvvəlcədən bizdən soruşun", - o əlavə edib.
Kanslerin sözlərinə görə, Tramp dəfələrlə NATO-ya ehtiyacı olmadığını vurğulayıb.