“ABŞ bazalarının koordinatlarını hamı bilir” - LAVROV İRANA YARDIM İTTİHAMLARINA CAVAB VERDİ
VİDEO

Rusiya hərbi-texniki əməkdaşlıq çərçivəsində İrana hərbi təyinatlı məhsullar tədarük edir, lakin kəşfiyyat məlumatı ötürmür.

 

Senzor.az bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “France Télévisions” telekanalına müsahibəsində deyib.

 

Lavrov qeyd edib ki, Moskva Tehrana kəşfiyyat məlumatları ötürməsi ilə bağlı ittihamlarla razılaşmır. Nazir bildirib ki, regionda ABŞ hərbi bazalarının yerləşdiyi koordinatlar açıq məlumatdır və bunu hamı bilir: “Onların açıq şəkildə mövcud olması fonunda İranın bu hədəflərə zərbələr endirməsi təəccüblü deyil”.

 

Onun sözlərinə görə, ABŞ regiondakı bazalarından İran barədə kəşfiyyat və peyk məlumatlarını toplamaq üçün istifadə edir.

 

Lavrov əlavə edib ki, bu bazaların hazırda vaxtaşırı hücumlara məruz qalması “əsassız başlanmış avantüranın nəticəsidir”: “ABŞ bu riskləri əvvəlcədən bildiyi üçün hərbi qulluqçularının böyük hissəsini həmin bazalardan çıxarıb və bununla da mümkün hadisələrə hazırlaşdığını göstərib. ABŞ-ın addımları regiondakı ərəb müttəfiqlərini çətin vəziyyətdə qoyub”.

 

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya tərəfinə, İrana kəşfiyyat məlumatlarının ötürülməməsi ilə bağlı şəxsi müraciət etdiyini bildirmişdi.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.