Gürcüstan-Ermənistan qaz kəmərinin yeri dəyişdiriləcək - İRƏVANIN XAHİŞİ İLƏ

Gürcüstan-Ermənistan qaz kəmərinin təqribən 5,5 kilometrlik hissəsi başqa yerə köçürüləcək.

 

Bununla bağlı qərarı Gürcüstan Neft və Qaz Korporasiyası Ermənistan tərəfinin müraciəti əsasında qəbul edib.

 

Sənədə əsasən, söhbət 1990-cı illərdə minalanmış Gürcüstan-Ermənistan-Azərbaycan sərhədyanı zonasında yerləşən hissədən gedir. Bu hissədə təhlükəsizliyin minimal standarlarını təmin etmək və təmir işləri aparmaq mümkünsüzdür.

 

Boru kəmərinin bir neçə kilometr təhlükəsiz məsafəyə köçürülməsi və Ermənistan tərəfinin inşa etdirdiyi yeni hissəyə birləşdirilməsi planlaşdırılır.

 

APA xatırladır ki, Gürcüstan ərazisindən keçən boru kəməri Ermənistana təbii qaz tədarükünün əsas marşrutlarından biridir. Ermənistan qazı Gürcüstanın tranzit infrastrukturu vasitəsilə Rusiyadan alır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.