
Suriya Prezidenti Əhməd əl-Şaraa gələn həftə Almaniyaya səfər edəcək.
Bu barədə "Al Hadath" portalı Almaniya hökumətinin nümayəndəsi Ştefan Korneliusa istinadən məlumat yayıb.
Onun sözlərinə görə, ilk səfəri çərçivəsində Suriya Prezidenti Almaniya Kansleri Fridrix Mertslə görüşəcək.
Əhməd əl-Şaraanın səfəri bu ilin yanvarına planlaşdırılsa da, Suriya tərəfi onun daha gec tarixə keçirilməsini xahiş etmişdi.
Portalın məlumatına görə, görüşdə suriyalı qaçqınların vətənə qayıtması məsələsi müzakirə olunacaq.