KVN komandasından heç kim Elnurla vidaya getməyib

“Bu şəhərdə” prodakşının rəhbəri Müşviq Abbasov “Parni iz Baku” KVN komandasının qurucularından biri və baş müəllifi Elnur Məmmədovun dəfn mərasimi ilə bağlı paylaşım edib.

 

Modern.az xəbər verir ki, Müşfiq Abbasov Elnur Məmmədovla vidaya KVN komandasından heç kimin gəlmədiyini bildirib: “Dünən 20-ci əsrin çempionu olan “Parni iz Baku” KVN komandasının yaradıcılarından biri və birincilərindən olan, komandanın baş müəllifi - üzərimdə və yəqin ki, komandanın bir çox üzvlərinin üzərində haqqı olan Elnur Məmmədovu bu dünyadan yola saldıq. Mən və Vaqif Gərayzadə məsciddə, yuyulma mərasimində Bəhram Bağırzadəni gördük. Amma qəbiristanlıqda, dəfn mərasimində “Parni iz Baku"dan heç kimi görmədik. Orada KVN-şiklərdən məndən və Elnurdan başqa heç kim yox idi. Yəqin kimsə burada deyildi, kimsə müalicədə idi, kimsə daha ciddi işlə məşğul idi, kimsə bunu özünə borc bilmədi, kimi isə ona - Elnura borc bilmədi. Amma elə insanlar var ki, onları son mənzilə yola salmaq borc yox, vicdan məsələsidir. Əgər vicdan varsa. Bəlkə də kapitan-Anar Məmmədxanov bu dünyada olsaydı, Elnuru o dünyaya yola salmağa komandadan çoxları gələrdi", - deyə o qeyd edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.