Sulutəpəni yağış suları basdı, hərəkət çətinləşdi –
VİDEO

Bu gün yağan güclü yağışlar səbəbindən paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsinin Pənahabad küçəsini su basıb.

 

“Qafqazinfo”ya müraciət edən sakinlərin sözlərinə görə, intensiv yağıntı nəticəsində qəsəbənin bir sıra küçələrində suyun səviyyəsi xeyli yüksəlib və bu da nəqliyyatın və piyadaların hərəkətini çətinləşdirib.

 

Bəzi ərazilərdə isə yollar demək olar ki, keçilməz vəziyyətə düşüb. Sakinlər bildirir ki, hər yağışdan sonra oxşar vəziyyət təkrarlanır: “Dəfələrlə icra hakimiyyətinə və bələdiyyəyə müraciət etmişik, məsələ onların diqqətinə çatdırılıb. Lakin hər yağış yağanda eyni vəziyyət təkrarlanır və heç bir tədbir görülmür. Nəticədə ərazi tamamilə yararsız hala düşür, evdən kənara çıxmaq demək olar ki, mümkün olmur. Bu problem gündəlik həyatımıza ciddi çətinlik yaradır”. 

 

Sayt məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb. Qurumdan onların müraciətinə belə cavab verilib: “Vəziyyətlə bağlı aidiyyəti üzrə müraciət etmişik. Göründüyü kimi, intensiv yağışlar yağmağa davam edir. Ərazidə aidiyyəti qurumlar yaranmış problemlərin qarşısını almağa çalışırlar”.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.