Tanınmış jurnalist dünyasını dəyişib

"Azərbaycan" qəzetinin şöbə müdiri, Vətən müharibəsinin iştirakçısı, tanınmış jurnalist Rəşad Baxşəliyev vəfat edib.

 

Senzor.az bildirir ki, R.Baxşəliyev 1978-ci ildə Mingəçevir şəhərində anadan olub.

 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirən Rəşad Baxşəliyev uzun illər "Şərq" qəzetində çalışıb. Sonra fəaliyyətini rəsmi dövlət qəzeti "Azərbaycan"da davam etdirib. R.Baxşəliyev 2020-ci ildə Vətən müharibəsi başlayan kimi ordu sıralarına qoşulub. Müharibədə zabit kimi döyüşüb. “Qubadlının azad olunmasına görə” və “Tərəqqi” medalları ilə təltif edilib.

 

Onu da qeyd edək ki, Medianın İnkişafı Agentliyi (MEDİA) tanınmış jurnalistin vəfatı ilə əlaqədar başsağlığı verib.

 

Agentliyin “X” sosial şəbəkə hesabında yerləşdirilən paylaşımda deyilir: “Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist, Vətən müharibəsi iştirakçısı Rəşad Baxşəliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.