Türkiyə İranın İraqda əməliyyatlar keçirməsinə mane olmayacaq... - BAKI İLƏ TEHRAN ARASINDA BUZLAR ƏRİYİR?
ŞƏRH

İran Azərbaycanla gərginliyin yumşaldılması, münasibətlərin normallaşması, regional çərçivədə səmərəli əməkdaşlıq rejiminə keçid üçün cəhdlər edir. 

 

İran İslam Respublikası Silahlı Qüvvələri nümayəndə heyətinin Azərbaycana səfəri, sentyabrın 13-də müdafiə naziri Zakir Həsənovla İran  Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri arasında baş tutan telefon danışığı, Baş prokuror Kamran Əliyevin İran Baş prokuroru Mohammad Kazem Movahedi-Azadla danışması, İranın müdafiə naziri Məhəmməd Rza Aştianinin pozitiv bəyanatları, İranın təhlükəsizlik və kəşfiyyat naziri İsmayıl Xətibin İran-Azərbaycan münasibətləri ilə bağlı ölkə televiziyasına verdiyi müsahibə diqqət çəkir. 

 

İraqa müdaxilə

 

Tehranın Azərbaycanla münasibətlərdə birdən-birə “U dönüşü” etməsi, əlbəttə ki, səbəbsiz deyil. İran Azərbaycandan özünə təhdid gözləsə də, hazırda real təhdidin şimaldan gəlməyəcəyini yaxşı bilir. 

 

Tehran üçün hazırda real təhdid İraqdadır. Söhbət konkret İraq dövlətindən deyil, daxildəki PJAK başda olmaqla, terror təşkilatlarından gedir. Görünür, bu məsələ İran üçün ciddi başağrısına çevrilib. 

 

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib ki, İraqın şimalındakı Kürd Muxtariyyəti ərazisində yerləşən müxalif təşkilatlara qarşı əməliyyat keçirilməsi mümkündür. 

“İraq öz ərazisindəki silahlı terror qruplaşmalarını tərk-silah etməli, onları hərbi kazarmalarından evakuasiya edərək İraq hökumətinin nəzərdə tutduğu düşərgələrə köçürməlidir”, - Kənani bildirib.

 

İran bununla bağlı İraq hökumətinə sentyabrın 19-na kimi möhlət verib. Hətta müddətin uzadılmayacağı barədə xəbərdarlıq da edilib.

 

Əslində, İranın İraqda antiterror əməliyyatı keçirməsi yeni hadisə deyil. Ümumiyyətlə, Yaxın Şərqdə maraqlı olan qüvvələrin PJAK, PKK, PYD, YPG kimi terror təşkilatlarını maliyyələşdirməsi, öz maraqları naminə istifadə etməsi, ya da onlar üzərindən proksi müharibə aparması geniş yayılmış təcrübədir. İran özü də Hizbullah, Həşdi Şabi, HƏMAS, husilər və onlara bağlı digər kiçik qruplaşmaları maliyyələşdirir. Son zamanlar isə İranın özünə qarşı bu təcrübədən istifadə edilir. 

 

Tehran bir müddətdir ki, İslam İnqilabı Keşikçiləri Korpusu vasitəsilə PJAK-la danışıqlara gedir, gərginliyi azaltmağa çalışırdı. Hətta yüksəkrütbəli SEPAH komandirləri ilə Pjak terror təşkilatının rəhbərləri arasında görüş belə keçirilib. Bununla bağlı sosial şəbəkələrdə görüntülər də yayıldı. 

 

Görünən odur ki, hazırda SEPAH-ın rəsmiləri ilə PJAK arasında keçirilən görüşlər nəticəsiz qalıb və təhlükəsizlik elə bir səviyyəyə çatıb ki, Tehran əməliyyatlar variantını gözdən keçirir.

 

Hakan Fidanın “qırmızı xətti”

 

Türkiyənin xarici işlər naziri Hakan Fidanın İrana səfəri bir çox baxımdan diqqət çəkirdi. Lakin İranın İraqda əməliyyatlara başlamağa hazırlaşması səfərin əsas motivini gün işığına çıxarır.  

Prinsip etibarilə İranın İraqda antiterror əməliyyatları keçirməsi Türkiyə üçün xüsusi risk kəsb etmir. Hətta Ankara və Tehran yaxın tarixdə bir neçə dəfə PJAK və digər terror təşkilatlarına qarşı ortaq əməliyyatlar keçiriblər. 

 

Lakin Türkiyə İranın əməliyyatlar adı altında İraqda maraqlarına zərər vurmasını istəmir.

 

Mümkündür ki, Hakan Fidan Türkiyəyə səfəri zamanı Tehrana “qırmızı xətti” xatırladıb. Misal üçün, Hakan Fidanın Tehranda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında Kərküklə bağlı məqama toxunması bu məsələnin Ankaranın “qırmızı xətlərindən” olduğunu göstərir. 

 

Bütün bunlara baxmayaraq, Ankara və Tehranın razılığa gəldiyini demək olar. Yəni Türkiyə İranın İraqda əməliyyatlar keçirməsinə mane olmayacaq, lakin Ankaranın bunun müqabilində Tehrandan gözləntiləri var.

 

Cənubi Qafqazda gərginlik

 

Yazının əvvəlində qeyd etdiyim kimi, Tehranın Azərbaycanla münasibətlərdə “U dönüşü” etməsi səbəbsiz deyil. Rəsmi Bakı Tehranın səmimiliyinə etibar etmir, lakin indiki məqamda İranla münasibətlərin normallaşması, ən azından buzların müvəqqəti əriməsi Azərbaycan üçün də vacibdir. 

Sentyabrın əvvəli Ermənistan silahlı qüvvələrinin şərti dövlət sərhədində törətdiyi təxribatdan sonra regionda gərginlik yenidən alovlandı. Ermənistan son günlər təxribatların intensivliyini artırıb. Bakı hələlik bu təxribatlara səbir nümayiş etdirir. Lakin aysberqin görünməyən tərəfi də var. Azərbaycan İranın başının İraqda qarışacağını bilir. Bundan başqa Ermənistanın ABŞ hərbçiləri ilə birlikdə təlimlər keçirməsi İranı narazı saldı. Rəsmi Bakı isə bundan ustaca istifadə etdi.

 

Mövcud Rusiya-Ermənistan gərginliyinin də davam etdiyini nəzərə alsaq, Azərbaycan Ermənistanı sülhə məcburetmə əməliyyatlarına başlaya bilər. Ermənistanın təxribatları davam etdirməsi fonunda bunun olacağını demək mümkündür. 

 

Turan Rzayev, 

Politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.