Sel körpünü dağıtdı, əhali çarəsiz qaldı: "UŞAQLARI MƏKTƏBƏ NECƏ GÖNDƏRƏK?"
VİDEO

Son günlər yağan leysan səbəbindən Balakən rayonu ərazisindəki Katex, Balakən və Hunbul çaylarından qısamüddətli sel keçib.

 

Hunbul çayından keçən sel suları kəndin yuxarı hissəsində çayın üzərində olan körpünün bir hissəsini dağıdaraq yararsız hala salıb. Nəticədə avtomobillərin və piyadaların gediş-gəlişi müvəqqəti olaraq dayanıb.

 

Balakən Su Meliorasiya Sistemlerinin İstismarı İdarəsinin baş mühəndisi İlkin Aslanov bildirib ki, sözügədən əraziyə baxış keçirilib: “İdarə tərəfindən mütəmadi olaraq körpüyə və ətrafdakı ərazilərə sel sularının zərər vurmaması üçün çayda məcra tənzimləmə və sahilbərkitmə işləri icra edilib. Lakin 13-14 sentyabr tarixlərində yağan güclü leysan nəticəsində çayda suyun səviyyəsi kəskin artıb. Vətəndaşların istifadə etdiyi alternativ yola sel sularının zərər vurmaması üçün idarə tərəfindən texnika cəlb edilərək müvafiq qabaqlayıcı tədbirlər görülüb. Çayda suyun səviyyəsi aşağı düşdükdən sonra çayın məcrasında sahilbərkitmə və məcra tənzimləmə işləri görüləcək".

 

Daha ətraflı Baku TV-nin süjetində:






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.